"ABŞ Rusiyanı düşmən olaraq görür". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu 60 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putin deyib. Prezident ölkənin NTV televeziyasına ayrı- ayrı mövzuları əhatə edən açıqlamalar verib.
Rusiya və ABŞ-ın dünyada ən böyük nüvə gücünə sahib dövlət olduğunu xatırladan Putin: "Dünyada Rusiyanın və ABŞ-dan başqa heç bir ölkə belə nüvə gücünə malik deyil. Lakin silahlarımızı daha da təkmilləşdirmək üçün işlərimizi davam etdiririk. Buna baxmayaraq, təəssüflər olsun ki, ABŞ bizi hələ də düşmən olaraq görür",- deyə əlavə edib.
Keçən həftə Gürcüstanda keçirilən və müxalif Bidzina İvanişvilinin koalisiyasının zəfəri ilə nəticələnən parlament seçkilərinə münasibət bildirən Putin əlavə edib ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin itirdiklərini geri qazanmağa çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB