Fransalı deputat: "Qarabağ məsələsi AP-də müzakirə olunacaq"

Fransalı deputat: "Qarabağ məsələsi AP-də müzakirə olunacaq"

"Dağlıq Qarabağ məsələsi Avropa Parlamentində müzakirə olunacaq". SİA-nın xəbərinə görə, Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati Milli Məclisdə jurnaslitlər üçün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Avropa Parlamentinin növbəti sessiyalarında bu məsələ qaldırılacaq və bununla bağlı Avropa Parlamentinin rəhbərliyinə rəsmi müraciət ediləcək.

Deputatın sözlərinə görə, parlamentdə bu məsələnin müzakirəsi təşkil ediləcək: "Mən özüm də bu məsələnin qaldırılması istiqamətində digər deputatlarla birgə işlər görəcəyik. Bu müzakirələri təşkil etməkdə əsas məqsədimiz Dağlıq Qarabağ mövzusunda Azərbaycanın mövqeyini müdafiə etmək olacaq".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə