Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır

Elşad İsgəndərov: "Ermənistanda böyük bir vandalizm baş verir"
Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır

Ermənistan ərazisində olan tarixi-dini abidələrin siyahıya alınması işləri davam edir. Onların indiki vəziyyəti ilə bağlı hesabat hazırlanır. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti bilməlidir ki, tolerantlıq fonunda Ermənistanda böyük bir vandalizm baş verir: "Biz bunu İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dəfələrlə vurğulamışıq. Amma təəssüflər olsun ki, erməni milləti əsrlər boyu müxtəlif xalqların mədəniyyətlərinə, dinlərinə sahib duraraq onu məhv etməyə çalışırlar".

E.İsgəndərov həmçinin Bakıdakı erməni kilsəsinin qorunub saxlanılması ilə məsələyə də münasibət bildirib: "Biz Azərbaycanda olan müxtəlif ibadət ocaqlarına bizə qarşı olan münasibətdən asılı olmayaraq xalqımızın tolerantlıq yanaşma adət-ənənələrinə arxalanaraq təmir edirik. Ona görə, bu bizim üçün bir ənənədir. Azərbaycan dövləti və rəhbərliyi dinə, ümumbəşəri dəyərlərə qarşı qeyri-ciddi hərəkət etməyib".

O, Provaslav kilsəsinin Azərbaycan dövləti tərəfindən qorunub saxlanılmasına da toxunub: "Bu həm potsovet məkanında həm də bugün krizis halında olan Avropa multikulturailzmi üçün əlverişli ola bilər. Bunun üçün bizim multikulturailzm modellərini həm nəzəri həm də təbliğat metodları ilə təmin edib, dünya ictimaiyyətinin diqqətinə çatdırılması vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə