"Multikulturalizm haqqında qlobal düşünməliyik"

"Multikulturalizm haqqında qlobal düşünməliyik"

Bu gün "Hilton" hoteldə Bakı Beynəlxalq Forum daxilində "Multikulturalizm və mədəni özdərk" adlı tədbir keçirilir. SİA-nın xəbərinə tədbirdə 200 iştirakçı 3 mövzu ətrafında müzakirələr aparıb. İtaliyanın sabiq xarici işlər naziri Frattini Franko tədbirdə morderator vəzifəsi daşıdığı üçün öz minnətdarlığını bildirib.

O qeyd edib ki, biz sıx əlaqəli dünyada yaşayırıq. Qlobal böhranlar da bu dünyada yaşayan hər kəsə təsir göstərir. Bu qlobal problemlər ən çox Avropada özünü göstərir: "Biz multikulturalizm haqqında qlobal düşünməliyik. Universal hüquqlarada güzəştə getmək olmaz. Dövlət özü universal hüquqları təmin etməlidir. Mən çox sevinirəm ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayır. Dünənki çıxışında da Prezident İlham Əliyev qeyd etdi ki, mədəniyyətlər arasında dialoq təmin edilməlidir".

Latviyanın sabiq prezidenti Valdis Zatlers isə öz növbəsində qeyd edib ki, insanlar bir-birlərinə hansı dinə, irqə mənsub olduqlarını söyləsələr bir-birləri ilə barışa bilərlər.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə