"Çox təəssüf ki, bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Mən özüm də tarixçiyəm və əminliklə deyə bilərəm ki, işğal olunmuş torpaqlar Azərbaycan torpaqlarıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında qazaxıstanlı tarixçi Maksad Təj-Murad deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hazırda münaqişənin müharibə ilə deyil, sülh yolu ilə həll edilməsinə tərəfdardır. Bu da beynəlxalq ölkələr tərəfindən müsbət qarşılanır: "Biz də Dağlıq Qarabağın sülh yolu ilə həllinin tərəfdarıyıq".
Bakıda keçirilən forumla bağlı öz fikirlərini bildirən qonaq qeyd edib ki, bu tədbirdə iştirak ona çox müsbət təsir bağışladı: "Tədbirdə 60-a yaxın ölkədən nümayəndə heyətinin iştirak etməsi çox müsbət haldır".
İlk dəfədir Azərbaycanda belə bir forumda iştirak etdiyini deyən, qazaxıstanlı tarixçi vurğulayıb ki, Azərbaycan mədəniyyətlərin kəsişdiyi ölkədir. Azərbaycan mədəniyyətinin inkişafının öz konsepsiyası və gələcək üçün müəyyən perspektivləri var.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB