“Xankəndi” Hava Limanının istifadəyə verilməsi qanunsuzudur”
"Dağlıq Qarabağda "Xankəndi" Hava Limanının istifadəyə verilməsi qanunsuzudur". SİA-nın xəbərinə görə, bunu İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıda jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, təmsil etdiyi təşkilat qeyd olunan hava limanının ermənilər tərəfindən istifadəyə verilməsinin əleyhinədir: "Biz Azərbaycanın işğal olunmuş ərazilərini işğaldan azad etmək hüquqlarını dəstəkləyirik. Bu işğal beynəlxalq qanunlara, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və tarixi həqiqətlərə ziddir".
Onun sözlərinə görə, ermənilər işğal olunmuş ərazilərdə qanunsuz obyekt istifadəyə vermək əvəzinə, işğal faktını aradan qaldırmaqla məşğul olmalıdır.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB