Beynəlxalq Konvensiyaya əsasən Azərbaycanın razılığı olmadan Azərbaycan ərazisindən hər hansı bir aeroport açıla bilməz. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, bu yeganə olaraq Azərbaycanın razılığı ilə Xankəndi-Bakı, Xankəndi-Gəncə ola bilər: "Ermənilər bundan istifadə edərək həm Azərbaycan tərəfində gərginlik yaratmağa çalışırlar həm də bu gərginliyi başqa istiqamətə yönəltməyə cəhdlər edirlər. Eyni zamanda onlar Azərbaycan müxalifətində belə bir fikir formalaşdırmağa çalışırlar ki, məhz Azərbaycan iqtidarı ilə razılaşdırılmış əsasda bu aeroport açılıb. Hesab edirəm ki, həmin aeroportun işləməsi mümkünsüzdür. Orada hava çox dumanlı olduğuna görə, uçuşların baş tutması mümkün deyil. Orada hər hansı bir uçuş reallaşarsa Müdafiyə Nazirliyi onu mütləq vurmalıdır".
Politoloq həmçinin AXCP sədri Əli Kərimlinin "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəyə də diqqəti çəkərək deyib ki, guya ki, Azərbaycan prezidenti bütün addımlarını Ermənistan prezidenti ilə razılaşdırılmış şəkildə atıb: "Əli Kərimli birbaşa Ermənilərə işləyən adamdır. Ermənilər də çox gözəl bilirlər ki, Azərbaycan daxilində bunların bir dayağı var. Azərbaycan adını daşıyan, azərbaycanlı olmayan insanlar bəzi məsələlərdə Azərbaycan iqtidarına hücum etmək üçün bu cür vasitələrdən istifadə edirlər".
C.Nuriyev onu da sözlərinə əlavə edib ki, Ermənistanda həddən çox daxili gərginlik var. Xüsusilə, Ramil Səfərov faktorundan sonra Serj Sarkisyan informasiya müharibəsində uduzduğunu birdaha başa düşüb. Məhz belə olan təqdirdə indi onlar diqqəti daha çox Ermənistanın daxili problemindən bu istiqamətə yönəltməyə çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB