Ermənistanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda (DQ) Xankəndində Beynəlxalq aeroport açması təxribatdan başqa bir şey deyil. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, bu elə o Xocalı aeroportudur:
"Hazırda Xankəndi bizdə deyil. Ora elə bir məsafədə yerləşib ki, ona beynəlxalq status vermək mümkün deyil. Onun uçuş zolağının uzunluğu çox azdır. Eniş zolağı isə çox təhlükəli iki dağın arasında yerləşir. Həmin yerdə ancaq yüngül təyyarələr eniş edə bilər".
Politoloq hesab edir ki, Beynəlxalq konvensiyaya görə, ermənilər həmin hava limanını işlədə bilməzlər: "Azərbaycan ermənilər tərəfindən açılacaq həmin reysləri təxirə salmaq üçün təyyarələri vurmaq məcburiyyətində qalacaq. Bu Ermənilər DQ-nın statusunun dəyişdirilməsi ilə bağlı cənab prezidentin fikirlərini gündəmdən çıxarmaq, Ermənistanın daxili problemlərindən diqqəti yayındırmaq, Ramil Səfərov faktorunda uduzduğunu unutdurmaq məqsədi ilə növbəti təxribatdan başqa bir şey deyil. Onlar çox aydın şəkildə dərk edirlər ki, bunu edə bilməyəcəklər. Azərbaycanın havadan müdafiə sistemi çox güclüdür və bunlar avtomatik həll olunur".
Onun sözlərinə görə, artıq 1 ildir ki, ermənilər bu aeroportu təhvil verirlər: "İndiki şəraitdə Ermənistanın imicində çox ciddi problemlər var. Ermənistan artıq informasiya müharibəsini uduzur. O, aeroportun işlədilməsi mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB