İranda şairlərimizə təzyiq göstərilib

İranda şairlərimizə təzyiq göstərilib

Bizə qarşı heç bir siyasi təzyiq olmayıb sadəcə psixoloji təzyiq olub ki, bu da verilən suallardan irəli gəlib. SİA-nın xəbərinə görə, bunu bugün keçirilən mətbuat konfransında İranda həbsdən azad olmuş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə deyib. Onların sözlərinə görə, hər iki şair 22 gün ayrı-ayrı kamerada həbsdə saxlanılıb. 23-cü gün isə eyni kamerada saxlanılıblar: "29 aprel 2012-ci tarixində biz Azərbaycandan İrana getdik. Bununla da 64 gün bir yerdə qaldıq. Hər gün 6-8 saat bizləri sorğu-sual edirdilər. İranda olduğumuz müddətdə biz şair Məmmmədhüseyn Şəhriyarın ev muzeyində olduq. Biz İranda şairlərdən ibarət festivalda iştirak edərək ədəbi-mədəni əlaqələr yaradırdıq. Amma biz avtobusla geri qayıdarkən ixtilaf üzvləri heç bir əsas, sənəd təqdim etmədən bizi saxladılar. Biz düz 25 gündən sonra ailələrimizlə əlaqə saxladıq. Onlar bizi sadəcə İran əleyhinə təbliğat işi aparmaqda ittiham edirdilər. Bildirirdilər ki, İranda şairlərin festivalda iştirak edilməsi üçün mütləq icazə vərəqəsi olmalıdır. Biz isə onları başa salmağa çalışırdıq ki, bura sadəcə iştirak etmək üçün qatılmışıq. Bütün bunlar bizə məhkəmə prosesində aydın oldu. Məhkəmə anında da sübut olundu ki, ixtilaf üzvləri heç bir əsas olmadan bizi tutublar. Biz İran ərazisində heç bir qeyri-leqal hərəkət etməyib, şəkil belə çəkməmişik. AYŞO-nun (Azad Yazarlar və Şairlər Ocağı) rəhbəri Bəhram Sürgünün xaişi ilə adı çəkilən dövlətə yalnız öz bədii kitablarımızı aparmışdıq. Bizlərə orada sadəcə bu kitabların İran əleyhinə olduğunu başa salmağa çalışırdılar. Amma biz onlara bunu sübut edə bilmirdik".

Şəhriyar Hacızadə və Fərid Hüseyn onlara göstərilən diqqətə görə, Azərbaycan prezidentinə, ölkənin yaradıcı insanlarına, Azərbaycanın Təbrizdəki Konsulluğunun əməkdaşlarına, həbsdən azad olunmaları üçün çalışan hər kəsə təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə