"Səfərim çox maraqlı oldu"

"2009-cu ildə Niderlandın Xarici işlər naziri olduğum zaman Azərbaycanda Niderland səfirliyinin açılması nəticəsində çox böyük dəyişikliklərin şahidi olmuşam. Azərbaycan-Niderland arasında biznes əməkdaşlığı daha da güclənib. Bunu jurnalistlərə Niderland Krallığının baş nazirinin müavini, İqtisadi məsələlər, Kənd təsərrüfatı və İnnovasiya naziri Maksim Verhagen bildirib.

Onun sözlərinə görə, Niderlandda mövcud olan energetika, logistika eyni zamanda Kənd təsərrüfatında olan təcrübə bir daha imkan yaradır ki, Azərbaycana bir sıra əməkdaşlıq və tərəfdaşlıq imkanları təklif olunsun: "Bu səhər Azərbaycan prezidenti İlham Əliyevlə görüşümdə biznes əlaqələrinin möhkəmlənməsini yetərincə müzakirə etdik. Lakin müzakirə obyekti olaraq eyni zamanda demokratiyanın gücləndirilməsi, insan hüquqlarına hörmət və digər qonşularla sabit əlaqələrin təmin olunması məsələlərinə toxunduq. Kənd təsərrüfatı nazirinin nümayəndəsinin eyni zamanda Niderlandın baş naziri vəzifəsində çalışaraq Azərbaycana səfərim çox maraqlı oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə