"Qadınların siyasi iştirakçılığının gücləndirilməsi"

Bu mövzuda konfrans keçirilib
"Qadınların siyasi iştirakçılığının gücləndirilməsi"

Sədaqət Vəliyeva: "Azərbaycandakı siyasi partiyalar içərisində yalnız Yeni Azərbaycan Partiyası siyasi proseslərdə daha çox gənclərin və qadınların iştirakına üstünlük verir"

Dünən Gəncə şəhərində "Gəncə regional qadınlar mərkəzi" İctimai Birliyinin və "Tomris" Analar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Qadınların siyasi iştirakçılığının gücləndirilməsi" mövzusunda konfrans keçiilib. Konfrasdan öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. İşinə başlayan konfrasda əvvəlcə ictimai birliklərin hesabatı dinlənilib.

Sonra mövzu ilə bağlı çıxışlar olub.

Çıxış edən millət vəkili Sədaqət Vəliyeva deyib ki, qadınlar üçün hüquq azadlıqları – istər siyasi, istərsə də digər istiqamətli hüquqlar çox vacibdir: "Çünki, qadınlar müxtəlif dövrlərdə ayrı-ayrı ölkələrdə öz hüquqları naminə uzunmüddətli mübarizə aparıblar. Qadınların, xüsusilə də, siyasi hüquqları uğrunda mübarizəsi bəşəriyyət üçün əhəmiyyətli olub. Yəni, qadınların sosiumun bərabərhüquqlu üzvləri kimi siyasi proseslərdə aktiv iştirak etməsi, seçmək və seçilmək hüququndan istifadə etməsi daha şəffaf, demokratik və liberal mühit formalaşdırıb. Nəzərə alsaq ki, siyasi həyatda iştirak ilk növbədə passiv seçki hüququnun reallaşdırılmasından keçir, o zaman qadınların bu haqq uğrunda mübarizəsini dünya cəmiyyətlərinin fərqli inkişaf trayektoriyasına keçməsini şərtləndirdiyini deyə bilərik".

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycandakı siyasi partiyalar içərisində yalnız Yeni Azərbaycan Partiyası siyasi proseslərdə daha çox gənclərin və qadınların iştirakına üstünlük verir: "Keçirilmiş son bələdiyyə və parlament seçkilərində qadınların və gənclərin böyük üstünlük təşkil etməsi söylənilənlərin əyani subütudur".

Kofransda çıxış edən millət vəkili Sevinc Hüseynova isə vurğulayıb ki, hazırda demokratiya və insan hüquqlarını geosiyasi və geoiqtisadi oyunların əsas vasitəsinə çevirmiş güclər heç də qadınların siyasi hüquqlarının tanınmasında nümunə ola bilməzlər: "Şərqdə ilk dəfə olaraq, Azərbaycanda 1918-ci ildə qadınlara səsvermə hüququ verilərkən, Böyük Britaniyada bu addım 1929-cu ildə atılıb. Qərb dünyasında isə ümumilikdə qadınların siyasi proseslərdə iştirak payının artması XX əsrin 70-80-ci illərinə təsadüf edir. Bunun da əlbəttə ki, obyektiv və subeyktiv səbəbləri mövcud olub".

Konfransda qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə