Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında yəni 1991-ci ildə oyuncaq bir rejim yaratdı və bunu müstəqil elan etmək üçün diplomatik səylərə başladı. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, 20 il ərzində nə Ermənistan, nə də dünyanın heç bir ölkəsi onu müstəqil bir dövlət kimi tanımaq istəmədi: "Birincisi, bu işğal edilmiş Azərbaycan torpaqlarıdır. İkincisi isə beynəlxalq hüquq normalarına görə, Azərbaycanın suveren hüquqları pozulmuş hesab olunur. Bütün səylərə, fəaliyyətlərə baxmayaraq ədalət bərpa olunmayıb, işğalçı öz adı ilə çağrılmayıb. Vaxtaşırı olaraq Ermənistan parlamentinə Dağlıq Qarabağın (DQ) müstəqil dövlət kimi tanınması barədə qərar layihəsi göndərilir. Ancaq Ermənistan rəhbərliyi kifayət qədər aydın dərk edir ki, işğal etdiyi ərazilərdə yaratdığı qondarma qurumun tanınması onun siyasi imicinə nə qədər ciddi ziyan vura bilər. O, bununla bir tərəfdən öz cəmiyyətini sakitləşdirməyə və beləcə, bir müddət imicini qorumağa çalışır. Digər tərəfdən isə Azərbaycana siyasi təzyiq etməyə çalışır".
A.Mirzəzadə bildirib ki, heç də təsadüfi deyil ki, Ermənistan rəhbərliyi sentyabrın 1-də Azərbaycanı hədələyib, sentyabrın 5-də Ermənistan parlamenti növbədənkənar iclas çağırıb və bu günlərdə Serj Sarkisyan qanunsuz olaraq Azərbaycanın ərazisinə səfər edib: "Bunların hamısı bir ssenarinin ayrı-ayrı hissələridir. Əsas məqsəd isə qarşıdan gələn president seçkilərində S.Sarkisyana siyasi dəstək qazanmaq və Azərbaycana siyasi təzyiq etməkdir. Amma bu cür çirkin, qüsurlu metodlarla, texnologiyalarla Azərbaycanı susdurmaq, nə də ərazi bütövlüyünün bərpası fikrindən çəkindirmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB