- Zabitimiz Ramil Səfərov Azərbaycan gətirildikdən sonra Avropa Şurası, bir sıra beynəlxalq təşkilatlar, xarici dövlətlər Azərbaycan qarşı sərt reaksiya verdilər və bu addımın düzgün olmadığını bildirdilər. Sizcə, onların bu münasibəti nə dərəcədə düzgündür?
- Bu Azərbaycana qarşı yönəlmiş qərəzli bir mövqedir. Azərbaycan Ramil Səfərovun Azərbaycana gətirilməsi üçün beynəlxalq hüququn bütün prosedurlarına əməl edib. 2000-ci ildən Strasburqdakı Konvensiyaya qoşulmuşuq və bu konvensiyanın 12-ci maddəsində qeyd olunub ki, bu konvensiyaya qoşulanlar törədilmiş cinayətlə bağlı istənilən şəxsi ekstradisiya edə və ölkəyə gətirildikdən sonra əfv edə bilər. Bu, Azərbaycanın tam səlahiyyətinə daxil olan məsələdir. Beynəlxalq aləmin, ABŞ prezidenti Barak Obamanın, AŞPA-nın bu məsələyə münasibəti Ermənistanın münasibəti ilə elə də fərqlənmədi. Əslində Azərbaycana qarşı olan proseslərin arxasında həm xristian həmrəyliyi durur, eyni zamanda ikili standartlar bir daha təsdiq olundu. Azərbaycanı tənqid edən ölkələrin rəhbərləri, siyasətçiləri nədən Amerikanın törədilmiş cinayətə görə, Ermənistan vətəndaşı olmayan adamı qəbul etdi, hətta təyyarədə onu azad etdi, ona vətəndaşlı verdi. Bütün bunların fonunda Azərbaycana qarşı olan hücumların arxasında açığı ucuz bir sensasiya xatirinə və yaxud lobbiyə ucuz yaltaqlanmaqdan başqa bir şey görmürəm. Bu proseslər Azərbaycanda qanunvericiliyin müstəvisində həyata keçirildi. Amma təəssüf ki, dünya hələ də ikiüzlüdür və burada bir xristian həmrəyliyi var. Eyni zamanda, bir çox dünya dövlətləri bugünki Azərbaycanı heç cür qəbul edə bilmirlər. Siyasi, iqtisadi, mədəni cəhətdən 21 yaşlı bir dövlət dünyada öz sözünü deməklə yanaşı, dünyanın lider dövlətinə çevrilib. MDB məkanında favorit dövlətlərdən biridir. Belə bir şəraitdə onlar başqa bir siyasi favoritə ehtiyac görmədiklərinə görə, eyni zamanda məhz müsəlman dövləti olduğuna görə, onların arxasında qısqanclıqlar və ikili standartlar durur.
- Son zamanlar ASALA terror təşkilatı Azərbaycana qarşı təhdid dolu məktub göndərərək diplomatların öldürüləcəyini deyib. Sizcə, bu sadəcə qorxutmaq məqsədilə deyilən bəyanatdır, yoxsa ortada bir həqiqət ola bilər?
- ASALA bu gün ciddi bir təşkilatdır və onların bu vaxta kimi törətdiyi cinayətlərin üstü açılmayıb. Əslində ASALA bir sıra yanlışlıqlara yol verib. Terror təşkilatının bəyanatında 600 min ermənin öldürülməsindən söhbət gedirsə, neçə illərdir ermənilər bütün dünyaya 1 milyon yarım erməninin öldürüldüyünü bəyan edir. Deməli burada Ermənistanın yalan danışdığını ortaya qoydu. 1915-ci il hadisələrində 650 min erməni Suriya, İordnaiya, Amerika, Avstraliya və digər ölkələrə köçürülüb. Amma bu hadisələrdə daha çox türklər və kürdlər həlak olub. ASALA-nın bu bəyanatının arxasında məhz bəzi insanların məlumatsızlığı dayanır. Bu məktubda Səfərov soyadlı bir ailənin iki üzvü təsadüfən qeyd olunub. Əslində onların Ramil Səfərovla heç bir qohumluğu yoxdur, bunlar təmaimilə ayrı bölgələrdəndir. Səfirlikdə bunların ər-arvad kimi yazılması düzgün deyil. Bu məktubda qeyd olunan insanların hamısı səfirliyin cavan işçiləridir və onların adını tapmaq çətin məsələ deyil. Bu gün internet vasitəsilə onların hər birini asanlıqla tapmaq olar. Üçüncüsü isə ağlı olan təşkilat bu cür bəyanatlar verməməlidir. Çünki ASALA da həm ABŞ trəfindən, həm Rusiya tərəfindən tanınan terror təşkilatlar içərisindədir.
- Bütün bu hadisələrə qarşı Azərbaycan hansı addımlar atmalıdır?
- Birincisi, Azərbaycan parlamenti təcili şəkidlə ASALA-nı terror təşkilatı kimi tanımalıdır. Çünki Azərbaycan dövləti ASALA-nın rəhbərlərini öldürən dövlətlərdən biridir. ASALA-nı yaradan Akopyan olsa da onu inkişaf etdirən Melkonyan olub. Bu məsələni Azərbaycan gündəmə gətirməlidir. İkincisi, mən təəssüf edirəm ki, biz informasiya müharibəsində Ramil Səfərovla bağlı uduzmağa başlıyırıq. Müəyyən həddə qədər bu məsələlər lazım idi. Müəyyən bir əl ölkədə prezidentin atdığı bu addımı bir növ ona qarşı yönəltməyə çalışan qüvvələrin üzərində durur. Həmin əlin əsas məqəsdi odur ki, Azərbaycandakı qarşıdurma tamam başqa bir müstəviyə keçsin. Bu siyasi müstəviyə keçilməsində isə xarici qüvvələrin rolu danılmazdır. Bu məsələdə Ramil Səfərovla bağlı bəyanat verənlər niyə demirlər ki, o, bir ermənini öldürməyə görə ömürlük həbs cəzası alır, amma 77 nəfəri bilərəkdən qətlə yetirən Norveç kimi müstəqillikdən dəm vuran ölkədə cinayətkara 21 il iş verirlər. Bu məsələnin arxasında başqa bir məsələ dayanır. Xristiana heç bir söz deyilmir, amma cinayətakr müsəlman olanda ona islam terroristi dalğası vururlur. ASALA da vəziyyyətdən yararlanmağa çalışır. Onlar yeni ölüm yolu seçirlər. Bu nə ola bilər? Birincisi, ermənilər azərbaycanlılara qarşı bioloji silahlardan istifadə edə bilər. Bu indiyə kimi istifadə olunmayan bir yoldur. Kimyəvi və bioloji silahdan başqa digər yol magiya yoludur. Ermənilərin bununla məşğul olması birmənalıdır. ASALA terror təşkilatı kimi mühüm aksiyalar törədir və açıq şəkildə Xocalıda öz iştiraklarını boyunlarına alırlar. Bu birmənalı şəkildə dünya buna göz yumur. Yaxşı belə olduğu halda biz niyə susuruq? Bizim teleknalarda bu bəyanatın açılışından rahat istifadə edə bilərik. Amma belə bir şey yoxdur. Bir də sosial şəbəkələrdə kimin ağlına nə gəlirsə yazır. Əgər Ramil Səfərovun Azərbaycana dönüşündən sonra onun Bakıya qayıdışı təqdir olunursa, indi əksinə bunu bir növ ittiham edirlər. Bu gün informasiya müharibəsində problemlərimiz var. Kanallar öz işlərini düzgün qura bilmirlər, daima eyni simaları verilişlərə dəvət edirlər. Amma burada Ermənistanı yaxşı tanıyan, oranı tədqiq edən alimlərə yer verilməlidir ki, onlar arqument, faktlarla yerinə otuzdurulsun. Məni narahat edən Ramil Səfərov faktorunun Azərbaycan əleyhinə çevrilməyə başlanmasıdır. Artıq bu faktor üzrə mənfi devidentlər gətirilməyə başlanıb. Artıq burada Qarabağda vuruşanları gündəmə gətirməklə müxalifət bundan yararlanmağa çalışır. Əslində bu proses ermənilərin istədiyi və arzuladığı prosesdir. Bu günə kimi ASALA bəyanat verir. Amma buna qarşı Xarici İşlər Nazirliyinin heç bir bəyanatı yoxdur. Niyə? Kimi gözləyirlər? Hardasa kimisə öldürəndən sonra bəyanat verəcəklər. Əslində ASALA-nın bəyanatından çox yararlanmalı idik. Amma təəssüf ki, bu bəyanatdan sonra Ramil Səfərovla bağlı məsələlər əks istiqamətə yönəlib. Burada uzanan əl, barmaq kəsilməlidir. Bu əl Azərbaycanın içərisindədir. Təəssüf ki, Azərbaycanın içində olan əl ölkənin daxilini qarışdırmaqla bərabər, həm də Azərbaycan dövlətinə təhlükə yaradır. Bu təhlükəni görmək lazımdır. Siyasi məsələlərdə çox vaxt delitantlar danışır. Yəni, metodologiyanı bilməyən, onun nəzəriyyəsindən xəbəri olmayan adamlar, məsələn, mətbəxdən çıxan qadın necə siyasətlə bağlı danışırsa, elə bilki siyasətçi kişilərimiz çayxanadan birbaşa siyasətə gəlirlər. Həmin siyasətin də axırı yaxşı heç nə vəd etmir.
- Sizin fikrinizcə, Azərbaycana qarşı yönələn təhdidlər nə vaxta kimi davam edə bilər və bütün bu hadisələr bölgədə münaqişənin yaranmasına səbəb ola bilərmi?
- Burada Ermənistan hər hansı bir addımı atmayacaq və ata bilməz də. Onlar əsgərləri öldürməkdən başqa bir iş görə bilmirlər. Deputatlardan ancaq 5-6 deputat danışır, qalanları hamısı susur. Niyə onların səsi çıxmır? Hamısı öz maraqlarını güdürlər. Burada Azərbaycan üçün təhlükəli nə ola bilər? Ermənistan sadəcə, danışıqları dayandıra bilər. Çünki Dağlıq Qarabağın status-kvo məsələsi onları qane edir. Ermənilərin bu hay-küyü Barak Obamanın seçkilərinə kimi davam edəcək. Barak Obama Ramil Səfərovla bağlı bəyanat versə də bu seçkiyə hesablanmışdı. Dünya haqsızların və üzlülülərin dünyasıdır. Amma o vaxt dövlət gücü olur ki, öz haqqını tələb etsin və iradəsini ortaya qoysun. Bu dəqiqə ermənilərin bizə qarşı atacağı addımların içərisində ancaq imformasiya müharibəsi var. Hərbi cəhətdən addım ata bilməzlər. Azərbaycanın qarşısında bu addımı atsalar bütün şanslaırnı itirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB