Ermənistan terrorun əsasını qoyan dövlətlərdəndir

Çingiz Qənizadə: “ASALA Ermənistanın yetişdirdiyi terror təşkilatıdır”
Ermənistan terrorun əsasını qoyan dövlətlərdəndir

Müsahibimiz millət vəkili, Çingiz Qənizadədir

- Çingiz müəllim, ASALA erməni terror təşkilatı növbəti dəfə hədələyəci bəyanat yayaraq azərbaycanlı və türk diplomatlarına qarşı total terror aktlarını həyata keçirəcəyini bəyan edib. Bu hədələyici bəyanatın arxasında Ermənistan dövləti, konkret desək S.Sarkisyan rejimi dayanırmı?

- Ermənistan ASALA terror təşkilatını dəstəkləyən bir dövlətdir. Yəni, ASALA Ermənistanın yetişdirdiyi, daim diqqətində olan terrorçu bir təşkilat olub. Hər zaman Ermənistan bir dövlət olaraq bu cür qeyri-qanuni və beynəlxalq hüquq normalarına zidd və bütün dünyanın mübarizə apardığı terrorla məqsədinə çatmağa nail olan dövlətlərdəndir. Tarixə nəzər salsaq görərik ki, "ASALA" türk millətindən olan diplomatları və dinc sakinləri terror nəticəsində qətlə yetirilib. Bir sözlə, ASALA-nın son bəyanatı Ermənistan dövləti ilə razılaşdırılmış bəyanatdır.

- Azərbaycanlılara və türklərə qarşı terror aktlarının həyata keçirilməsi onu deməyə əsas verirmi ki, terror Ermənistanın dövlət siyasətinə çevrilib?

- Ermənistan terror siyasətini təçkə ASALA-nın bəyanatı ilə həyata keçirmir. Digər vasitə və üsullarlada çirkin məqsədini redllaşdırmağa çalışıb. Dağlıq Qarabağın işğalı ilə əlaqədar olaraq, 1990-cı illərin əvvələrində ermənilər Azərbaycanda bir çox terror hadisələri həyata keçirdilər. 20 Yanvar metrosunda terror aktının həyata kecirilməsi, avtobusların partadııması və digər terror əməlləri Ermənistanın dövlət siyasəti tərkib hissəsi olub. Onlar uzun illərdir bu siyasətlə yaşayaraq fəaliyyət göstətrirlər. Təəssüflər olsun ki, bəzi dünya dövlətlərinin təəssüfkeşliyi imkan vermir ki, xristian qardaşları çirkin yoldan çəkinsin və bu cür xoşagəlməz əməlləri Ermənistanın üzünə desin.

- ASALA erməni terroru təşkilatının hədələyici bəyanatı AŞPA-nın sessiyasında müzakirə oluna bilərmi?

- ASALA erməni terroru təşkilatının hədələyici bəyanatı AŞPA-nın sessiyasında qaldırıla bilər. Amma heç də inandırıcı deyil ki, AŞPA-nın üzvü olan dövlətlər Ermənistan bu terrorçu təşkilatının bəyanatını müzakirə olunmasına imkan versin. Çünki onları bağlayan çox böyük tellər və əlaqələr var. Bu baxımdan, AŞPA-da sözügedən məsələnin müzakirə olunmasına nail olunmasa da ən azından bu tirbunada Azərbaycan, türk və bizi sevən dövlətlərin nümayəndələri tərəfindən bu hərəkətlət pislənərək və qabardılmalıdır.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə