Gəncə şəhərində Azərbaycan Gənclərinin I Liderlik Forumu keçirilib. Forumda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, hazırki vəziyyət" mövzusunda keçirilən görüşün eksperti, millət vəkili, politiloq Rasim Musabəyov olub. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, millət vəkili Dağlıq Qarabağ münaqişəsinin həllinin bu gün əsas prioritet mövzu olduğunu deyib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün əsas müzakirə mövzusudur və faktdır ki, Ermənistanla müqayisədə Azərbaycanın bu mübarizədə qalib gəlmək imkanlarıı çoxdur və biz buna nail olacağıq. Azərbaycan Ermənistandan fərqli olaraq sülh danışıqlara daha çox can atır və bu məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır", - deyə politoloq bildirib .
Sonda ekspert qeyd edib ki, Azərbaycan regionun inkişaf etmiş ölkəsidir. Bu mübarizədə qalib gəlməyimiz üçün geniş imkanlarımız, möhkəm ordumuz, gücümüz var: "Azərbaycan heç vaxt işğalla barışmayacaq. Üstünlüyümüzü gücə çevirərək ümidli olmalıyıq, mübariz olmalıyıq.
Qeyd edək ki, "2012-ci il Azərbaycan Gənclər Paytaxtı" olan Gəncədə Azərbaycan Gənclərinin I Liderlik Forumu Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, "Gənclərin Dostluq Şəbəkəsi" İctimai Birliyi və "İRƏLİ" İctimai Birliyininin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB