Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov: "Milli Məclis tərəfindən qəbul olunmuş və Azərbaycan prezidenti tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının eks-prezidentləri və onların ailə üzvlərinin təminatı haqqında" qanun ölkənin bütün eks-prezidentlərinə və onların ailə üzvlərinə tətbiq olunur", - deyə bildirib.
Onun sözlərinə görə, bu qanun həm Ayaz Mütəllibova, həm də Əbülfəz Elçibəyə, onun ailə üzvlərinə şamil edilir. Ə.Həsanov mətbuatda bunun əksi ilə bağlı səslənən bəzi fikirlərin həqiqətə uyğunluğunun olmadığını qeyd edib: "Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının eks-prezidentləri və onların ailə üzvlərinin təminatı haqqında" qanunun müddəalarının tətbiqi ilə bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verib. Bu günlərdə Maliyyə Nazirliyi həmin qanunun mərhum Əbülfəz Elçibəyin xanımına, həm də Ayaz Mütəllibova, onun ailəsinə tətbiqi ilə bağlı lazımi addımlar atacaq. Qanunda nəzərdə tutulan həm maddi, həm də digər bütün müddəalar hər iki prezidentin ailəsinə şamil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB