“Regionda təhlükəsizlik sahəsində təhdidlər qalmaqdadır”

Anders Foq Rasmussen: "İrəliyə doğru aparacaq yeganə yol dialoq, kompromis və əməkdaşlıqdır"
“Regionda təhlükəsizlik sahəsində təhdidlər qalmaqdadır”

"Regionda əldə olunan tərəqqiyə rəğmən təhlükəsizlik sahəsində təhdidlər qalmaqdadır". Bu fikirləri NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı deyib. O çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Dağlıq Qarabağ münaqişəsi məsələsində iki məsələ aydındır. Münaqişənin hərbi yolla həlli mövcud deyil və irəliyə doğru aparacaq yeganə yol dialoq, kompromis və əməkdaşlıqdır. NATO münaqişənin nizamlanması prosesinə birbaşa cəlb olunmayıb, lakin ATƏT-in Minsk Qrupunun nizamlanmaya yönəlik səylərini tam şəkildə dəstəkləyir".

Baş katib regionda gərginliyin aradan qaldırılması üçün tədbirlərin görülməsinin və region çərçivəsində əməkdaşlıq imkanlarının yaradılmasının zəruriliyini qeyd edib.

O, Azərbaycanda seçkilərlə bağlı da danışıb: "Azərbaycanı seçkilər və media azadlığı sahələrində islahatları davam etdirməyə çağırıram. Bu islahatların keçirilməsi ölkəyə xeyir gətirəcək. Azərbaycan müdafiə sahəsində də islahatları davam etdirməlidir. NATO Azərbaycanla təlim və treninqlərin keçirilməsi, enerji təhlükəsizliyi və kibertəhlükəsizlik, ərazilərin minalardan təmizlənməsi sahələrində əməkdaşlıq edir".

Bütün xəbərlər Facebook səhifəmizdə