"Əli Kərimlinin adamları məni dişimdən, başımdan vurdular" QALMAQAL
Xəbər verildiyi kimi Milli Bayraqdar Elman Türkoğlu özünün iddiasına görə, Əli Kərimlinin tərəfdarları, əlaltıları tərəfindən vəhşicəsinə döyülüb. SəsTV-nin əməkdaşı bayraqdarla söhbət edib və döyülmənin səbəblərini araşdırmağa çalışıb.
- Elman müəllim, siz SƏS internet televiziyasının efirindən çıxdıqdan sonra sizə qarşı Əli Kərimli və onun havadarları tərəfindən müxtəlif təxribatlar oldu, fiziki güc tətbiq etdilər. Bütün bunlar harda və necə baş verdi?
- SəsTV-yə müsahibə verəndən 3 gün sonra, dünən saat 14 radələrində mən Mətbuat prospekti 36-da olanda qarşımı kəsdilər. Mən Aşur bəylə görüşməyə gedirdim. Üz-üzə 4 nəfər gəlirdi. Onlar mənə yaxınlaşdılar və dedilər ki, sən Əli bəyi cinayətkar saymısan. Mən də dedim bəli. Mənə dedilər ki, sən kimsən ki, belə fikirlər demisən. Onlar məni itələyərək ağaclığa tərəf saldılar, yumruqla dişimdən, başımdan vurdular. Sonra qaçdılar. Dediilər ki, get SəsTV-də, qəzetdə çıx de ki, mən səhv eləmişəm. Bir şey yoxdur. Mən də dedim olub. Demişəm və bundan sonra da deyəcəm. Daha sonra mənə İlham Əliyevin adamı olduğumu, onun tərəfindən mənə ev, maşın verildiyini söylədilər. Əgər bunlar olubsa, indinin özündə də bütün jurnalistlər gəlsin baxsın ki, mən hansı şəraitdə yaşayıram. Mən 24 ildir əlimdə bayraq gəzdirirəm. Əli Kərimli öyrədir qoçularına məni döydürür. Nə səbəbə? Mən bu gün də deyirəm ki, Elçibəyi İran fitvası ilə Əli Kərimovun öz evində, ad günündə yəni 28 apreldə zəhərləyiblər.
- Sizə qarşı fiziki güc tətbiq edildiyinə görə, hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?
- Yasamal polisinə şikayət ərizəsi vermişəm. Bildirdim ki, mənim mühafizəmi təşkil eləsinlər. Onlar mənə ailəmi öldürməklə xox gəlirlər. Mənə bildirirlər ki, əgər sən bir daha iqtidar televiziyası olan SəsTV-də müsahibə versən səni öldürəcəyik. Bu müsahibədən sonra Əli Kərimlinin quldur dəstəsi qarşımı kəsib bunu törətdilər. Onu qeyd edim ki, istintaq çox obyektiv gedir. Allahdan başqa heç kimdən qorxmuram. Sadəcə, ailəmin təhlükəsizliyini düşünürəm. Bilirəm ki, vətən üçün iki övlad böyüdürəm. Biri Elçibəy, biri də Məhəmməd Əmindir. SəsTV-də demişəm bundan sonra başqa telekanallarda da deyəcəm. Əgər mən qərar versəm ki, Əli Kərimliyə qarşı hansısa bir hərəkət edim təkbaşına qərar verməyi bacarıram. Gənclər üzrə təşkilat müavini var Asif Yusifli. Əli Kərimovun adamıdır və qoçu dəstəni o təşkil edir. Dəstə deyir ki, Hafiz Hacıyevə çatdır ki, onu da məhv eliyərik. Biabırçılıqdır. Gəl sənə sübut eliyəcəm ki, Ə.Elçibəyi sənin ad günündə zəhərləyiblər. Sübut, fakt var. Bakı Dövlət Universitetində geologiya fakultəsini bitirən bir qadın var Rövşanə Yasın qızı Əliyeva. O, qız açıq-aşkar deyirdi ki, Elçibəy, artıq sən qocalmısan, sən getməlisən və Əli Kərimov partiyanın sədri, respublikanın prezident olmalıdır. Rövşanə həmişə Elçibəyə qarşı gedən adamlardan olub. Elçibəyin zəhərlənməsində R.Əliyevanın da əli var. O, qarabəniz, hündürboylu arıq bir qızdır. Bir uşağı da var. Son damla qanıma kimi mən bu yoldan dönməyəcəm, savaşımı aparacam. İnşallah biz qalib gələcəyik. İstintaq hazırda da davam edir və Əli Kərimovun adamlarına məni döydürdüklərinə görə, ikinci hissə açılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB