"Erməni həyasızlığı pik nöqtədədir. Burada Ramil Səfərovun iki variantı var idi, ya özü ölməli, ya da ermənini öldürməli idi". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə bugün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, siyasi şərhçi Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, kim o vəziyyətdə olsaydı eynilə R.Səfərovun etdiyi hərəkəti təkrarlamalı idi: "Biz ermənilərin necə xristian olduğunu xristian dünyasına çatdırmışıq. Amma gəlin görək, ermənilər necə xristiandır? Amerikanın (ABŞ) bu məsələdə nümayiş etdirdiyi mövqe ermənilərin nümayiş etdirdiyi mövqedən 4 saat sonra reallaşdı. Elə həmin anda da ABŞ tərəfi ölkəmizə qarşı bəyanatla çıxış etdi. Bununla əlaqədar hələ də dövlət başçısı tərəfindən Amerikanın bu hərəkətinə münasibət müzakirə edilir. Məlum məsələdir ki, qarşıda yəni fevral ayında Ermənistanda prezident seçkiləri keçiriləcək. Amma bu da reallıqdır ki, ermənilərin büdcəsi yox dərəcəsindədir. Adı çəkilən bu dövlət Avropa İttifaqına, Rusiyaya müraciət etsə də rədd cavabı ilə qarşılaşıb".
M.Əhmədoğlunun gözləntiləri də fərqli oldu: "Ümid edirəm ki, Ramil Səfərov Azərbaycana necə ani bir şəkildə qayıtdısa, eynilə Dağlıq Qarabağ da elə qaytarılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB