Vilayət Quliyev müzakirələr aparıb

Vilayət Quliyev müzakirələr aparıb

Bu gün Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ilə Macarıstan Baş naziri Ofisinin Beynəlxalq Əlaqələr üzrə Dövlət Katibi, İqtisadi Əməkdaşlıq üzrə Macar-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının Macarıstan tərəfdən həmsədri Peter Szijjarto arasında görüş keçirilib. Bu barədə mətbuata səfirin özü məlumat verib.

V.Quliyevin sözlərinə görə, görüş zamanı Macarıstan məhkəməsi tərəfindən məhkum olunmuş Azərbaycan vətəndaşı Ramil Səfərovun Azərbaycana qaytarılması və hadisələrin sonrakı gedişi müzakirə edilib. Tərəflər məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həll edildiyini xüsusi qeyd ediblər.

Görüşdə, həmçinin iki ölkə rəsmiləri arasında gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsinin vacibliyi vurğulanıb, Macar-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının cari ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulmuş növbəti iclası haqqında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə