XİN rəhbəri vəzifə müddəti bitən səfiri qəbul edib

XİN rəhbəri vəzifə müddəti bitən səfiri qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Saber Abdelkader Mansourunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanla Misir arasında yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib və gələcək işlərində ona müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində səfir Azərbaycanda işlədiyi dövrdə Misir ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib və faydalı əməkdaşlığa görə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə