Ermənistandan ABŞ-a etiraz

ABŞ-ın Ermənistanın İrana göstərdiyi yardımı dayandırması ilə bağlı verdiyi xəbərdarlıqdan sonra erməni siyasi elitasından Amerikaya qarşı ciddi bəyanatlar səslənməyə başlayıb. SİA-nın verdiyi məlumata görə, erməni rəsmilər və siyasi ekspertlər öz münasibətlərində Ermənistanın ABŞ sanksiyalarına sayqısız yanaşmasına haqq qazandırmağa çalışırlar.

ABŞ-ın regional siyasətinə etiraz edənlər sırasında iranşünas Vardan Voskanyan da var. O, erməni xəbər agentliklərinə bildirib ki, İran nüvə proqramını maliyyələşdirmək üçün Ermənistanda heç bir qanunsuz əməliyyatlar aparmır: "Ermənistan İranla ciddi iqtisadi layihələr üzərində çalışır. Bu proses BMT qərarları pozmur. Rəsmi İrəvan İranla müəyyənləşdiridiyi iqtisadi layihələrini bundan sonrada davam etdirəcək. Hər iki ölkə hazırda ciddi enerji layihəsinin reallaşması istiqamətində çalışır".

Vardan Voskanyan həmçinin əlavə edib ki, ABŞ bu gün Ermənistandan Türkiyə və Azərbaycan kimi İranı iqtisadi blokadada saxlamğı istəyir. Ancaq Ermənistan İranla qonşuluq əlaqalərinin davamı olaraq siyasi, iqtisadi əməkdaşlığını gücləndirəcək.

Bundan başqa Ermənistan iqtisadi tədqiqat mərkəzinin rəhbəri Tatul Manaseryan isə bildirib ki, İranın Ermənistanda qeyri-qanuni maliyyə əməliyyatları aparması bağlı fakir söyləmək çətindir. İran Ermənistanda regionun iqtisadi durumu inkişaf etdirmək üçün böyük dəmiryolu və enerji layihələri üzərində işləyir. Manaseryanın fikirncə, Ermənistanı yalnız İran iqtisadi blokadadan çıxarır. Bu əməkdaşlıq isə heç bir beynəlxalq hüquq normalarını pozmur.

Bütün xəbərlər Facebook səhifəmizdə