Bahar Muradova: "Artıq erməni yalanları puç olmaqdadır" AÇIQLAMA
Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün məsələlər ayrılıqda deyil, kompleks şəkildə götürülməlidir. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Füzuli və Cəbrayıl rayonlarının erməni hərbi birləşmələri tərəfindən işağal olunması məsələsinə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin həm rəsmi siyasəti, həm parlament diplomatiyası xətti ilə cəmiyyət vasitəsilə aparılan siyasəti ona yönəlib ki, ölkəmizin üzləşdiyi bu ədalətsizlik, bu təcavüz faktı, ərazilərin işğal olunması, etnik təmizləmə siyasəti dünya ictimaiyyətinin diqqətinə hər gün, hər an çatdırılsın: "Bu elə bir məsələdir ki, müntəzəm olaraq bunun üzərində işlənilməlidir. Artıq bu siyasət uğurla aparılır və nəticədə erməni yalanları puç olmaqdadır. Azərbaycan həqiqətləri daha uca eşidilməlidir və eşidilməkdədir. Bunun sübutu ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların Qarabağ məsələsinə dair qəbul etdiyi qətnamələr, erməni təcavüznün pislənilməsi Azərbaycan xalqının ədalətsizliklə üzləşdiyini daha açıq şəkildə bəyan etməsi, dünya ictimaiyyətindən bu ədalətsizliyə son qoyulmasını tələb etməkdədir. İnanıram ki, bu iş öz səmərəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB