Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının növbəti zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana səfərindən əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, türk cümhuriyyətlərinin müstəqillik qazanmasından sonra güclənən əlaqələrin möhkəmlənməsi prosesi 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinə əsasən formalaşan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası ilə yeni mərhələyə qədəm qoyub.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Katibliyi, Parlament Assambleyası, müxtəlif qurumları uğurla fəaliyyət göstərir. Hər il zirvə toplantısı, xarici işlər və digər nazirlərin görüşləri keçirilir, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunur. Budəfəki zirvə toplantısında da mədəniyyət və təhsil sahələrində birgə fəaliyyət üzrə layihələr müzakirə olunacaq, müvafiq sazişlər imzalanacaqdır.
Abdullah Gül zirvə toplantısından sonra Qırğızıstana rəsmi səfərini də həyata keçirəcəyini, bu çərçivədə sazişlərin imzalanacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB