Ordumuzun mövqeləri atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Gülüstan, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə