"Biz Dağlıq Qarabağ məsələsini, xüsusən bütün Avropa məmurlarının deyil, Avropa İttifaqının xüsusi nümayəndəsi Filip Leforun Qarabağa gəlməsinə icazə verilməsi məsələsini bütün görüşlərdə müzakirə edirik\". SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici siyasət məsələri üzrə ali nümayəndəsi Ketron Eşton deyib. Xanım Eşton həmçinin əlavə edib ki, Avropa İttifaqı çox gərgin və son dərəcə qeyri-sabit şəraitdə yaşayan insanlar arasında etimad yaradılmasına öz töhvələrini vermək istəyir. Avropa İttifaqının ali nümayəndəsinin Aİ nümayəndələrinin Azərbaycanın Dağlıq Qarabağ regionuna gəlməsinə icazə verilməsi məsələsini Azərbaycan tərəfi ilə müzakirə etməsi faktı müsbət amildir. Qeyd edək ki, bununla Aİ-nin nüfuzlu siyasətçisi Dağlıq Qarabağa gəlməyə rəsmi icazə üçün Bakıya müraciət etməyini zəruri olduğunu və bu diyarın Azərbaycanın tərkib hissəsi olduğunu xüsusilə qeyd etməklə başqa əcnəbilərə düzgün nümunə göstərir.
Vüqar Əliyev
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB