Azərbaycan Dövlət Neft Fondu (ARDNF) son günlər Fondun fəaliyyətinə dair yayılmış neqativ məlumatlara dair rəsmi açıqlama yayıb. Fondun açıqlamasına görə, bu məlumatlar qətiyyən həqiqətə uyğun deyil: "Azərbaycan Dövlət Neft Fondunun daşınmaz əmlaka investisiyalarına, o cümlədən digər məsələlərə dair son günlər bir neçə kütləvi informasiya vasitələrində dərc edilən neqativ məlumatların hamısı həqiqətdən kənar, yalan və cəfəngiyatdır".
ARDNF bildirir ki, bütün bu cür informasiyalar Fondun şəffaf fəaliyyətinə və nüfuzuna kölgə salmaq istəyən, bu sahədə bilik və təcrübəsi olmayan şəxslər tərəfindən məqsədli şəkildə yayılmış şər və böhtandan ibarət məlumatlardır: "ARDNF Fond barədə bu cür qərəzli və yanlış informasiyaların yayılmasından yalnız təəssüf edir, ictimaiyyətdə Fond barədə yanlış fikir formalaşdırılmasına yönəldilən bu cür dezinformasiyalardan istifadə edilməsini qəti şəkildə pisləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB