Səfir bununla yanaşı ölkələrimiz arasında mövcud münasibətlərdən də danışıb: "Son illər iki ölkə arasında münasibətlər daha dinamik xarakter alıb. Münasibətlərimiz ümumi tarixi köklər, dil, mədəniyyət və ənənələrə əsaslanır. Özbəkistan hökuməti Azərbaycanla siyasi-iqtisadi əlaqələrini inkişaf etdirilməsində maraqlıdır. Biz Azərbaycanda hidroelektrik stansiyaların tikintisində kömək edə bilərik. Bununla da inşaat sahəsində də əməkdaşlığımız inkişaf edə bilər".
Bundan başqa Özbəkistan səfiri Azərbaycanla tranzit ölkə kimi ticarət əlaqələrinin inkişafında da maraqlı olduqlarını söyləyib. Qeyd edib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan Özbəkistanın Qara və Aralıq dənizi limanlarına, Özbəkistan isə Azərbaycanın Çin və Cənub-Şərqi Asiyaya çıxışına şərait yaradacaq. Bununla yanaşı Özbəkistan ölkəmizə avtomobil və aviasiya sənayesinin inkişafında yardım edəcək. Özbəkistanlı diplomat qeyd edib ki, hər il ölkəsində 250 min avtomobil istehsal olunur.
Bununla yanaşı səfir Azərbaycanda neft-qaz sektorunun inkişaf etdiyini bildirib. Şirzod Fayziyevin sözlərinə görə, Özbəkistan Azərbaycanla enerji sahəsində əməkdaşlıqda da maraqlıdır.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB