PA-nın şöbə müdiri: “Təəssüf ki, diplomatlarımız şairlərlə hələ də görüşə bilməyiblər”

PA-nın şöbə müdiri: “Təəssüf ki, diplomatlarımız şairlərlə hələ də görüşə bilməyiblər”

"Güman edirik ki, İranda saxlanan azərbaycanlı şairlərlə bağlı məsələ iki dövlət arasında mehriban qonşuluq siyasəti əsasında həll olunacaq". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə Prezidenti Administrasiyasının (PA) siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov açıqlamasında deyib.

E.Aslanov bildirib ki, azərbaycanlı şairlərlə bağlı XİN-in bir neçə notası olub: "Təəssüflər olsun ki, bizim diplomatlarımız həmin şairlərlə hələ də görüşməyə nail olmayıblar. Azərbaycan bütün dövlətlərlə mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində həmişə maraqlı olub. Biz hər zaman bütün dövlətlərlə əməkdaşlığın sülh və əmin-amanlıq şəraitində qurulmasının və inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış etmişik".


Bütün xəbərlər Facebook səhifəmizdə