Elman Abdullayev: \"Rəsmi Bakı İranda həbs olunan şairlərlə görüşün detallarını hazırlayır\"
İranda həbs olunan azərbaycalı şairlərlərlə görüşün detalları İran tərəfi ilə razılaşdırılır. Bunu SİA-a açıqlamasında Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyi ilə İran tərəfi arasında aparılan danışıqlar nəticəsində Azərbaycanın diplomatik nümayəndəsinin bu ölkədə saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşü barədə razılaşma əldə olunub.
Qeyd edək ki, hazırda görüşün tarixi və digər detalları İran tərəfi ilə razılaşdırılır.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB