Zbiqnev Bzejinski: “İranla müharibə ABŞ iqtisadiyyatını çökdürə bilər”

Zbiqnev Bzejinski: “İranla müharibə ABŞ iqtisadiyyatını çökdürə bilər”

"İrana hərbi müdaxilə ABŞ iqtisadiyyatının çökməsinə səbəb ola bilər". "Fars" xəbər agentliyinin məlumatına görə, bu fikirləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bzejinski bildirib.


Onun sözlərinə görə, mövcud vəziyyətdə Orta Şərqdə müharibə illərlə davam edəcək. Z.Bzejinski əlavə edib ki, İranın Hörmüz boğazını bağlaması və hər cür hərbi qarşıdurma dünya bazarlarında neftin qiymətlərini yüksəldəcək: "Belə bir vəziyyətdə ABŞ vətəndaşları hər qallon benzin üçün əlavə 5-10 dollar ödəməli olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə