Bahar Muradova: \"ATƏT PA-nın yeni sədri münaqişələrin həllinə ciddi maraq göstərir\" - MÖVQE
\"ATƏT Parlament Assambleyasının İtaliyadan olan yeni sədri Rikkardo Milyorinin bu qurum çərçivəsində Qarabağ məsələsinin müzakirəsi ilə bağlı ədalətli və obyektiv mövqe sərgiləyəciyini düşünürəm\". SİA-nın məlumatına görə, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.
B.Muradova deyib ki, R.Milyorinin ötən illər ərzində fəaliyyəti və mövqeyi ilə əlaqədar gəldiyi ilkin qənaət bu fikri söyləməyə imkan verir.
"İlk andan hiss etdiyim bundan ibarətdir ki, o, bu tipli məsələlərin həllinə ciddi maraq göstərəcək. Bununla belə, bu maraq nə dərəcədə müsbət olacaq, Parlament Assambleyası nə dərəcədə onun istəyindən asılı olaraq lazımi qərarlar qəbul edəcək, bunu gələcək zaman göstərəcək. Amma bu günə onun münaqişəli vəziyyətlərlə, konfliktlərlə bağlı məsələyə ciddi marağının şahidiyəm və fəaliyyəti dövründə də bu marağı ifadə edəcəyini gözləyirəm" - deyə, vitse-spiker vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB