Böyük Britaniyanın səfiri: “Hakimiyyət ölkədə mətbuat azadlığına xüsusi diqqət ayırır”
Bu gün Bakıda yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə "Ənənəvi Kütləvi İnformasiya Vasitələrində onlayın media" adlı birillik konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı, Azərbaycan Mətbuat Şurasını tərəfdaşlığı, eləcə də ATƏT-in Bakı ofisinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəhbərliyi ilə təşkil olunub. Azərbaycan Mətbuat Şurasının sədri, Avropa İttifaqı Azərbaycan nümayəndəliyinin siyasi məsələr üzrə müşaviri Andrey Valentinov, ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay, Avropa Şurası Bakı ofisinin rəhbəri səfir Konstantin Yerkosnopolos və Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Batemanın açılış nitqlərindən sonra Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev əsas məruzə ilə çıxış edib. Ənənəvi KİV-də onlayın mediayaya keçiddə mövcud olan beynəlxalq standartlar və aktual problemlər, onlayın media bazası ilə bağlı qanunvericilik bazası və islahatlar, interneti idarəetmə imkanları, eləcə də sosial şəbəkələr müzakirə olunub.
Tədbirdə çıxış edən Avropa İttifaqı nümayəndəsi Andrey Valentinov bildirib ki, bu gün Azərbaycanda rəqəmsal mətbuat günü-gündən inkişaf edir, yalnız bir faktı da əlavə etmək lazımdır ki, ənənəvi mətbuat rəqəmsal mətbuatdan daha üstündür: \"Bu məsələdə hökumət ənənəvi mətbuatı nəzarətdə saxlamalı və çalışmalıdır ki, bu nəzarət ifrat dərəcədə olmasın. Çünki ifrat nəzarət media azadlığına problemlər yarada bilər. Hal-hazırda Avropa İttifaqı Azərbaycanda üç layihəni reallaşdırır. Bu yeni media mühiti, Azərbaycan vətəndaş cəmiyyəti ilə media əlaqələri və Azərbaycanda etik jurnalistika layihələridir".
Daha sonra isə Böyük Britaniyanın ölkəmizdəki səfiri Peter Bateman tədbirdə çıxış edərək bildirib ki, bu yaxınlarda hakimiyyətin media nümayədələri, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşməsi təqdirəlayiq bir haldır. Bu onun göstəricisidir ki, hakimiyyət ölkədə mətbuat azadlığına xüsusi diqqət ayırır.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə bildirib ki, mətbuat cəmiyyətdə böyük funksiyaya malikdir: "Mətbuat eyni zamanda dövlət siyasətinin bir parçasıdır. Mətbuat dövlət siyasəti mövqeyindən çıxış etməklə yanaşı, cəmiyyətin maarifləndirilməsində də böyük rol oynayır".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB