Polşanın XİN başçısı Azərbaycana gəlir

Polşanın XİN başçısı Azərbaycana gəlir

Radoslav Sikorski səfər çərçivəsində Prexident İlham Əliyev və həmkarı Elmar Məmmədyarovla görüşəcək


Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Azərbaycana səfərinin proqramı açıqlanıb. Səfər 17-18 iyulda baş tutacaq. Bu barədə Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.


Səfirlikdən bildirilib ki, səfər rəsmi xarakter daşıyır. Polşa XİN-in rəhbərinin səfər proqramına prezident İlham Əliyev, eləcə də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş daxildir.


Səfər zamanı ikitərəfli əməkdaşlığın geniş spektrinin müzakirəsi gözlənilir .Polşalı nazir, həmçinin Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etməyi planlaşdırır.


Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübü ərzində iki ölkə arasında ticarət dövriyyəsi 7,443 milyon dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə