Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 43-cü ildönümü Qaradağda qeyd olunub

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 43-cü ildönümü Qaradağda qeyd olunub

Qaradağ rayonunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 43-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.


SİA-nın məlumatına görə, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu öndərin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyilə tanışlıq olub.


Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd edib ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz 1969-cu il iyulun 14-dən - Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişindən sonra başlanıb: Dahi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində 1970-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil etmişdir". Çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, 43 il əvvəl respublika rəhbərliyinə yüksələn Ulu öndər Heydər Əliyev özünün dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atıb, milli ruh, iradə və özünüdərk meyllərinin ictimai şüurda möhkəmlənməsinə nail olub.


"Azərbaycan xalqı fenomal liderin rəhbərliyi altında yüksək iradə nümayiş etdirməklə milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qoruyub saxlamağa nail olmuş, dövlət müstəqilliyi üçün zəruri siyasi-hüquqi, iqtisadi zəmin formalaşdırı" - deyən YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan hüquq və azadlıqlarının qorunması, ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olunması naminə misilsiz xidmətlər göstərib.


Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov diqqətə çatdırıb ki, 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifə kimi daxil olub, müasir müstəqil ölkəmizin sosial-iqtisadi bazasının bünövrəsi məhz həmin illərdə Ümummilli liderimiz tərəfindən qoyulub.


Digər çıxışçılar dahi rəhbərin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolundakı tarixi xidmətlərindən geniş bəhs edib, Ulu öndərin siyasi xəttinin, ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə