Qənirə Paşayeva Türkiyə Baş nazirinin müavini ilə görüşüb - FOTO

Qənirə Paşayeva Türkiyə Baş nazirinin müavini ilə görüşüb - FOTO

Bosniya və Hersoqovinada səfərdə olan millət vəkili Qənirə Paşayeva 17-ci ili tamam olan Srebrenitsa Soyqırımını qınama və qurbanlarını anma tədbirləri çərçivəsində Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən Türkiyə Baş nazirinin müavini Bekir Bozdağ Azərbaycana səfərini böyük məmunluqla xatırlayaraq iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu söyləyib.


Türkiyə Baş nazirinin müavini Bekir Bozdağ Türkiyənin daim Azərbaycanın yanında olacağını və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini deyib.


Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət iki dövlətdir fikirini qeyd edərək Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib: "Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və ugurlarına sevinir".


Görüş zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva eyni zamanda baş nazir müavinin rəhbəriliyi altında Bosniya və Hersoqovinaya gələn Türkiyə Böyük Millət Məclisinin üzvləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə