Prezident İlham Əliyev Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib- FOTOSESSİYA
Bu gün Prezident İlham Əliyev Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib. SİA-nın prezident.az saytına istinadən verdiyi məlumata görə, dövlət başçısına məlumat verilib ki, sahəsi 8 min 600 kvadratmetr olan zavod Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Qaradağ rayonunun Sahil qəsəbəsində 4,5 hektar ərazidə inşa edilib.
Tikintisinə 2011-ci ilin iyulunda başlanılan zavod Avropanın "Kaltenbach GmbH", "Zimfer", "Vinter", "Voortman", "Facin" və "Durma" şirkətlərinin müasir texnologiyası əsasında qurulub.
Bildirilib ki, il ərzində 24 min ton metal konstruksiyaları istehsal edəcək zavodda 120 nəfər işlə təmin olunub. Zavodda məhsulların çeşidinin və həcminin gələcəkdə artırılması məqsədi ilə əlavə istehsal korpuslarının da inşası nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB