Ölkəmizə rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin bu gün Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ilə görüşüb.
SİA AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik inkişaf etdiyi qeyd olunaraq müxtəlif istiqamətlərdə əlaqələr yüksək qiymətləndirilmişdir. Siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Humanitar sahədə keçirilən tədbirlərin mühüm əhəmiyyətinin vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB