İlqar Məmmədov İsa Qəmbəri sındırdı

İlqar Məmmədov İsa Qəmbəri sındırdı
Bu gün Müsavat partiyasının Facebook sosial şəbəkəsində fəaliyyət göstərən "İstefa" qrupunda Real sədri İlqar Məmmədovla Müsavat rəhbərləri arasında münaqişə formasında kəskin yazışma olub. Buna səbəb "İstefa" qrupunda İlqar Məmmədov haqqında "Pulun gücü və \"Yeni Qüvvə\" yazısının paylaşılması olub. Həmin yazıda İlqar Məmmədovun Vüqar Seyidovla gizli yazışmalarının olduğunu iddia ediblər. İlqar Məmmədovu hakmiyyətdən 4000 manat pul alaraq yazı yazmaqda ittiham ediblər. Qeyd edək ki, həmin statusa İlqar Məmmədovun reaksiyası çox sərt olub. İttahama cavab verən İlqar Məmmədovun dediklərini olduğu kimi çatdırırıq: " Nə İsa Qəmbərin, nə də hər hansı qəmbərqulunun duxu çatmaz ki, burada mənə qarşı ifadə edilən debil ittihamlar altında hər hansı qəzetdə imza atsın. Bilirlər ki, uydurmadır və Avropa Məhkəməsində belə onların abrını verərəm. Ona görə düşük-düşük Facebook və pıç-pıç vasitəsilə uydurmalarını yayırlar\". İlqar Məmmədovun bu sərt reaksiyasına Müsavat partiyasının Sabirabad şöbəsinin sədri Azər İsmayılın cavabı olub. "İfadəyə bax: \"...duxu çatmaz\". İsa bəy sənin kimilərə sadəcə baş qoşmaz. Sənin yerin telekanalizasiyadır ki, ordan ufunət dolu iftiralar yedirdəsən millətə". Bundan sonra Real sədri daha da kəskin cavab verib: " Nə oldu, yandırdı düz sözüm? Başqanınızın Avropa Məhkəməsinə getməyə cəsarəti çatmır mənimlə bu mövzuda? qəmbərqulu sözü mənim üçün heçnədir. Gedim işlə məşğul olum, onsuz da canınızdakı zəhirmarda boğuldunuz artıq. Erməni fitnəsini bayraq edən qəmbərqulu sürüsü! ".


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə