Əli Əhmədov: “Azərbaycanın prezidenti İlham Əliyev Gənclərə həmişə böyük diqqət və qayğı göstərir” - AÇIQLAMA
Yeni Azərbaycan Partiyası (YAP) ənənəvi olaraq YAP-nın gəncləri üçün yay və qış məktəbləri keçirir. Azərbaycanın iki böyük istirahət mərkəzində Lerikdə və Oğuzda YAP-ın çoxlu sayda gəncləri həm istirahət edir, həm də digər aktual problemlərlə bağlı fikir mübadiləsi aparırlar. Bunu SİA-ya verdiyi açıqlamasında YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Partiyanın İcra katibi iki məsələyə ciddi önəm verdiyini açıqlayıb: \"Birincisi ondan ibarətdir ki, YAP-ın gənc fəalları istirahət edirlər, partiyamızın digər gəncləri ilə tanış olurlar, münasibət qururlar. Digər bir tərəfdən isə Azərbaycanın aktual problemləri ilə bağlı fikir mübadiləsi aparırlar, treninqlər keçirirlər. Hesab edirəm ki, bu, bütövlükdə Azərbaycan reallıqları ilə həm gənclərimizi tanış etmək baxımından, həm də gənclərimizin Azərbaycandakı quruculuq işlərinin gücləndirilməsi və o prosesdə yaxından iştirak etməsi baxımından əhəmiyyətlidir. YAP-ın sıralarında yüksək qabiliyyəti və vətənpərvərliyi ilə seçilən çoxlu sayda gənclərimiz var. Mən onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan prezidenti, YAP-nın Sədri İlham Əliyev gənclərə həmişə böyük diqqət və qayğı göstərir\".
YAP-ın fəal gənclərinin Azərbaycanın dilbər guşələrindən birində - Lerik rayonunun gözəl istirahət mərkəzlərinin birində dincəlməsi partiyamızın nüfuzunun nəticəsidir. Bunun nümunəsi olaraq gənclərimiz istirahət edirlər və eyni zamanda burada daha da böyük təcrübə qazanırlar\".
İcra katibi açıqlamasında bildirib ki, bu, gənclərin gələcəyin fəal üzvləri kimi yetişməsində müsbət təsir göstərir: \"Mən bunu xüsusi ilə qeyd eləmək istəyirəm ki, YAP-nın "Yay məktəb"ləri layihəsi kifayət qədər papuluyarlaşıb. Çoxlu sayda gənclər bu məktəbdə iştirak edirlər və onlar Azərbaycanın ictimai-siyasi həyatındakı iştiraka daha da yaxınlaşmış olurlar\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB