Cümşüd Nuriyev: \"Bölgədə başlanan istənilən münaqişə Dağlıq Qarabağda hərbi əməliyyatlara səbəb ola bilər” - MÖVQE
Bölgədə hər hansı bir münaqişə alovlansa Azərbaycan üçün bir siqnal olacaq. Bu səbəbdən də Azərbaycan öz ərazilərini erməni işğalçılarından azad etmək üçün mütləq hərbi əməliyyatlar keçirəcək. Bunu SİA-a açıqlamsında politoloq Cümşüd Nuriyev deyib.
Qeyd edək ki, erməni politoloqları da bir neçə gün bundan əvvəl Moskvada postsovet regionundakı münaqişələrlə bağlı keçirilən toplantıda bildirmişdilər ki, İranda müharibənin başlaması Dağlıq Qarabağda hərbi əməliyyatlara start verilməsinə şərait yaradcaq.
Cümşüd Nuriyev qeyd edib ki, mövcud siyasi vəziyyət bölgədə hər hansı münaqişənin başlama ehtimalını çox yüksək göstərir. Çünki hal-hazırda Ermənistan-Azərbaycan qarşıdurmasından başqa, Azərbaycan-İran gərgin münasibətləri də var. Lakin ölkəmizin cənub və dəniz qonşuları ilə olan münaqişənin hərbi müstəviyə keçməsi mümkünsüzdür. Amma bu münaqişəni qızışdıran qüvvələr var bu qüvvələr Qafqazı əldən vermək istəməyənlərdir. Eyni zamanda Qafqaza gəlmək istəyənlər də münaqişəni qızışdırmaqda maraqlıdırlar. Onlar daha çox bunu Azərbaycana təzyiq və təhdid kimi nəzərdə tuturlar. Ona görə də Azərbaycanla Türkmənistan arasında münasibətlər arzuolunmaz müstəviyə keçməsi mümkünsüz olduğu halda, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli fikiri yüksəkdir.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında imzalanmış Bişkek protokolunun (atəşkəsin) vaxtı 2014-cü ildə bitir. Əksər ekspertlər müharibənin başlama tarixini bə bu dövrə proqnozlaşdırırlar. Politoloq Cümşüd Nuriyev isə qeyd edib ki, Azərbaycan 2014-cü ilin mayın ayında Bişkek atəşkəs müqaviləsinin başa çatmasını gözləmir. Belə ki, Azərbaycan beynəlxalq hüquq müstəvisində özünə lazım olan şərtləri dünyaya qəbul etdirib. Lakin bu gün ölkəmizdə sürətli iqtisadi inkişaf gedir. Azərbaycan müharibəyə başlasa və ilkin addım atsa beynəlxalq aləmdə qınanılacaq. Buna səbəb xristian həmrəyliyidir.
Bundan başqa Ermənistan hökuməti dəfələrlə bəyanatında bildirib ki, müharibə başladığı təqdirdə onlar ilk olaraq Azərbaycanın beynəlxalq neft və qaz kəmərlərini vuracaq. Bu bəyanata münasibət bildirən Cümşüd Nuriyev qeyd edib ki, "Qorxaq it hürəyən olur" və Ermənistanda çox qorxduqları üçün bu cür bəyanatlar verir. Ölkənin coğrafi mövqeyinə diqqət yetirdikdə görünür ki, Azərbaycanın bütün neft-qaz kəmərlərini Ermənistanın qrad qurğularının vurması imkansızdır. Yəni kəmər xaricdən 21 km uzaqdadır. Yuxardan vurulmasına gəldikdə isə bu da imkansızdır. Çünki Azərbaycanda avtomatik hava hücumundan müdafiə sistemi qurulub. Hər halda kəmərlərin keçdiyi 4 yerdə özünü müdafiə sistemi var ki, bunlar ölkə ərazisində uçan hər hansı yad cismi görə və məhv edə bilir. Qeyd etdiyim kimi onu avtomatik raketlər vuracaq.
Cümşüd Nuriyev qeyd edib ki, ermənilər başqa yola əl atsalar, o zaman Azərbaycan S-300 qurğularından istifadə edə bilər: "Onda da gərək İrəvan tamamilə darmadağın olsun. Əgər ermənilər İrəvanın tamamilə dağılmasını istəyirlərsə, buyursunlar".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB