Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy iyulun 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA-nın verdiyi məlumata görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa İttifaqı Şurasının prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hava limanında Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Herman Van Rompuy və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB