Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev bu gün İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlət başçısı Məhəmmədbağır Bəhramiyə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə