İdmançıların Londonda Yay Olimpiya oyunlarına yolasalma mərasimi olub - FOTOSESSİYA
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini iyulun 3-də yolasalma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mərasimə toplaşanlar dövlətimizin başçısını və Azərbaycanın birinci xanımını hərarətlə qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.
Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edib.
Daha sonra sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, idmanın atletika növü üzrə paralimpiya yığma komandasının üzvü, üçqat dünya çempionu Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov çıxış edərək Olimpiya oyunlarında ölkəmizin layiqincə təmsil olunması üçün var qüvvələri ilə mübarizə aparacaqlarını bildiriblər.
Boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov idmançılarımızın Olimpiya andının mətnini oxuyub.
Olimpiyaçılar Azərbaycanın dövlət bayrağını öpüblər.
Prezident İlham Əliyev idmançılara bir daha uğurlar arzulayıb.
Mərasimin sonunda dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB