Elmar Məmmədyarov Avstraliyanın baş nazirini qəbul edib

Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avstraliya İttifaqın Baş nazirinin Balkan ölkələri, Şərqi Avropa və Qafqaz üzrə xüsusi nümayəndəsi Russel Trudinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov Avstraliyalı qonağı ölkəmizdə salamlayıb və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyinə ümid etdiyini bildirib.


Xüsusi nümayəndə Russel Trudi Azərbaycanın geostrateji əhəmiyyətini xüsusi vurğulayaraq, Avstraliyanın Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlı qeyd edib.


Görüşdə həmçinin, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, həmçinin Azərbaycan və Avstraliyanın sülhməramlı əməliyyatlara verdiyi töhfələr xüsusi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə