“Azərbaycan və Türkiyə xarici siyasəti: oxşar və fərqli tərəflər”

Bu gün Strateji Araşdırmalar Mərkəzində ( SAM) "Azərbaycan və Türkiyə xarici siyasəti: oxşar və fərqli tərəflər" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, dəyimi masada çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov tükiyəli qonaqlara mərkəzin yaranma tarixi haqqınada məlumat verib. O həmçinin qeyd edib ki, Azərbaycanın ilk beynəlxalq tərəfdaşı Türkiyə olub və onunla sıx əlaqələr yaradılıb. Türkiyə Azərbaycan üçün həm maraqlı, həm də zəruri dövlətlərdən biridir: \"Türkiyə dövləti ilə Azərbaycan xalqı arasında lap qədimdən mədəni tarixi bağlılıqlar mövcud olub\".

O, ötən həftə prezident İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın görüşünə toxunaraq TANAP layihəsi çərçivəsində atılan addımların uğurunda danışıb. F. Məmmədovun sözlərinə görə, Cənubi Qafqazda cərəyan edən hadisələr fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas yerlərdən birini tutur: \"Məhz bu istiqamətlərdə problemin həllində Türkiyə-Azərbaycan birgə səylərini ortaya qoymalıdır\". F.Məmmədov onu da sözlərinə əlavə edib ki, hər zaman Türkiyə ilə Azərbaycan bir-birinin ideyalarından istifadə edib.

Görüş zamanı həmçinin türkiyəli qonaqlarla son dövrdə Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən hadisələr prizmasında Türkiyə və Azərbaycan maraqlarının oxşar və fərqli cəhətləri ilə bağlı bir sıra suallar ətrafında fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran suallar müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə