Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın büstü açıldı

Bu gün Türkiyə səfirliyndə Nuru Paşanının büstünün açılışına həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirin əvvəlində Nuru Paşanının rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun 1918-ci ildə Erməni Daşnaq Təşkilatına qarşı apardığı mübarizədən danışılıb. SİA-nın verdiyi məlumata görə, tədqiqatçılar Qafqazda yaşayan türk xalqlarının dövlətçiliyini və müqəddaratını qoruyan Nuru Paşanın mübarizə yolundan bəhs ediblər.

Tədbirdə iştirak edən millət vəkili Nizami Cəfərov çıxışında qeyd edib ki, 1918-ci ildə Nuru Paşanın apardığı mübarizənin nəticəsidir ki, bu regionda Azərbaycan kimi müstəqil və böyük bir dövlət mövcuddur. Millət vəkilinin sözlərinə görə, məhz həmin dövrdə türk xalqlarının birliyi nəticəsində Azərbaycan nefti və digər təbii sərvətləri dünya bazarına çıxıb. Məhz bunun nəticəsidir ki, ötən gün Azərbaycan və Türkiyə prezidentləri arasında tək region üçün yox, bütün dünya üçün böyük əhəmiyyətə malik TANAP layihəsi imzalanıb. Nizami Cəfərov həmçinin qeyd edib ki, ötən əsrin əvvəllərində Nuru Paşanın əsasını qoyduğu missiya Azərbaycan və Tükiyə prezidentləri tərəfindən davam etdirilir.

Tədbirdə çıxış edən tarixçilər Cəmil Həsənli və Musa Qasımlı Nuru Paşanının rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun mübarizə tarixindən danışıblar.

Tədbirin sonunda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç Nuru Paşa haqqında danışıb o cümlədən, iki dövlətin dövlətçilik ənənələrindən bəhs edib.

Qeyd edək ki, tədbirin sonunda Türkiyə səfirliyinin qarşısında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın büstü açıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə