Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki sənəd imzalanıb

Bu gün Bakıda işinə başlayan üçüncü Rusiya-Azərbaycan regionlararası forumun 1-ci sessiyası başa çatıb. SİA-nın xəbərinə görə, forum çərçivəsində bir sıra sənədlər imzalanıb.

Birinci saziş Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Rusiyanın Sankt-Peterburq İqtisad-Maliyyə Universiteti arasında olub.Sənədi ali məktəblərin rektorları Şəmsəddin Hacıyev və İqor Maksimçev imzalayıblar.

Digər sənəd isə investisiya sazişidir.Bundan başqa Kransodar vilayətində "Mətanət-A" zavodunun tikintisinə dair investisiya sazişinin reallaşdırılması çərçivəsində "Aqasa" şirkətinin Krasnodar vilayəti ərazisində rəsmi diler səlahiyyətlərinin müəyyənləşməsinə dair saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən "Mətanət-A" şirkətinin baş direktoru Elxan Bəşirov və "Aqasa" şirkətinin direktoru Georgi Aqafonov imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə