Abşeronda döyüş sursatı aşkarlanıb

Abşeronda döyüş sursatı aşkarlanıb

Abşeron rayonu ərazisində döyüş sursatı aşkarlanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə ərazisinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanan sursata baxış keçirib. Döyüş sursatının istifadəyə yararlı partlayıcı qurğuları (UZRQM) ilə birlikdə olan 2-ədəd F-1 əl qumbarası və 1 ədəd (PDŞ-3) tüstülədici şaşka olduğu müəyyənləşib. Aşkar edilən hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar olunmayıb.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə