İstanbulun Atatürk Hava Limanında qarşılanma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubileyi sammitində iştirak etmək üçün bu gün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə gəlib.

SİA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət bayraqları ilə bəzədilmiş Atatürk Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə